Mayın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Sağlam Düşüncə” Gənclər Təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Gənclər üçün Avropa proqramları həftəsi” çərçivəsində məlumat sessiyası təşkil olunub.

 

Tədbirdə “Sağlam Düşüncə” Gənclər Təşkilatının sədri Ramiz Əliyev Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Məlumat Mərkəzinin işi çərçivəsində Avropa İttifaqının Azərbaycan gəncləri üçün qeyri-formal təhsil imkanları (təliim kursları, gənclər mübadilələri, qısa və uzunmüddətli könüllülük proqramları) haqqında ətraflı məlumat verib. Təhsilin inkişafında inteqrasiya və mübadilənin böyük rolu olduğunu deyən Ramiz Əliyev “Erasmus+” proqramının uzun müddətdir Azərbaycanda fəaliyyət göstərdiyini qeyd edib, proqramın uğurları barədə danışıb.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.