Mayın 20-də Bakıdakı 275 nömrəli tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbiri məktəbin direktoru Fəridə Şərifova açaraq, təhsil müəssisəsinin 2018-2019-cu tədris ili üçün fəaliyyət planından, istiqamətlər üzrə görülən işlərdən danışıb.

 

Məktəbin akt zalında baş tutan görüşdə valideynlər öz təkliflərini irəli sürüb, fikir mübadiləsində iştirak edilbər. Növbəti mərhələdə valideynlər sinif otaqları, laboratoriyalar, fənn kabinetləri, idman zalı, məktəb kitabxanası və yeməkxana ilə  tanış olublar. Onlar həmçinin  məktəbdə keçirilən “Tullantıdan sənətə“ adlı sərgidə şagirdlərin əl işlərinə də baxış keçiriblər. Valideynlər yeni təlim üsulları ilə keçilən müxtəlif dərsləri dinləyiblər.

 

Dərs müşahidələrindən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin metodisti Yeganə Abdullayeva tərəfindən  “Məktəb-valideyn-şagird münasibətləri” mövzusunda seminar keçirilib. Seminarda valideyn-məktəb əməkdaşlığı və onların bir-birini qarşılıqlı olaraq dəstəkləməsinin şagirdin inkişafı üçün əlverişli psixoloji mühitin yaradılmasının əsas şərti olduğu qeyd edilib.  

 

Tədbirin bədii hissəsi məktəbin müsiqi müəllimi Xanım Qafarovanın rəhbərliyi ilə təşkil olunmuş konsert proqramı ilə davam edib.

 

 

Qeyd edək ki, görüşün təşkil olunmasında məqsəd  müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir.

 

 

Rəşad ZİYADOV