Mayın 22 – də Bakıdakı 283 nömrəli tam orta  məktəbdə   “İnsan Hüquqlarının Müdafiəsi” mövzusuna həsr edilmiş konfrans keçirilib. Məktəbin kitabxanasında təşkil olunan tətbirdə şagirdlərin diqqətinə çatdırılıb ki, mayın 18 – dən iyunun 18 – dək ölkədə “İnsan Hüquqları Aylığı” keçirilir. Həmçinin konfransda   insan və vətəndaş hüquq azadlıqlarının qorunması, ona əməl edilməsi, pozulmuş hüquqların bərpası və digər məsələlər də müzakirə olunub.

 

Tədbirdə şagirdlər insan hüquqları, hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ edən mövzularada çıxışlar ediblər. 

 

Sonda  insan hüquq və azadlıqlarına həsr olunmuş videoçarx konfrans iştirakçılarına təqdim olunub.

 

 

Rəşad ZİYADOV