Mayın 21-də Nəsimi rayon məktəbliləri arasında “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”  intellektual bilik yarışı keçirilib. Bilik yarışında məktəblilər tarix və coğrafiya sahəsi üzrə öz biliklərini sınaqdan keçiriblər. Yarış 125 məktəblinin iştirakı ilə  iki mərhələdə baş tutub. Yekun nəticələrə görə, 151, 5, 42 və 159 nömrəli məktəblərin komandaları müvafiq olaraq I, II, I I I, IV yerlərə layiq görülüb.

 

Qalib  komandalar diplom və hədiyyələrlə təltif olunublar.

 

 

Rəşad ZİYADOV