Rusiya Federasiyasının Rostov şəhərində yerləşən Menecment, Biznes və Hüquq İnstitutunun direktoru və təsisçisi, professor İmran Əkbərov Azərbaycan Texniki Universitetində (AzTU) olub.

 

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetin tarixi, beynəlxalq əlaqələri, fakültələri  haqqında ətraflı məlumat verib və  Menecment, Biznes və Hüquq İnstitutu ilə  əməkdaşlıqdan məmnun olduğunu bildirib.

 

Danışıqlarda  əsasən  nəqliyyat sahəsi üzrə yerinə yetirilən birgə layihələr haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda  təhsil, müəllim-tələbə mübadiləsi, elmi-tədqiqat işlərinin qarşılıqlı təşkili və s. məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb.

 

Görüşdə əməkdaşlıq müqaviləsinin şərtləri müzakirə edilərək ilkin razılıq əldə edilib.