30-31 may 2019-cu il tarixlərində Təhsil Nazirliyi bu qurumla əməkdaşlıq edən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirici təlim keçirəcək.

 

Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması,  media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

 

Təlimlərdə Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri tərəfindən təhsilin ayrı-ayrı sahələri üzrə təqdimatlar ediləcək və fikir mübadiləsi aparılacaqdır. 30-dək media nümayəndəsinin iştirak edəcəyi təlim ”Dreamland Golf Club”da keçiriləcək.