Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev, Təbələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı və bir qrup tələbə Bakının Qaradağ rayonunun yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.

 

Qaradağ Rayon Gənclər Evində keçirilən görüşdə şagirdlərə AzTU ilə bağlı geniş məlumat verilib, universitetin fakültə və ixtisasları, həmçinin tələbə həyatı, şəxsi inkişaf yönündə həyata keçirilən tədbirlərlər haqqında danışılıb.

 

Görüşdə şagirdləri maraqlandıran məqamlara aydınlıq gətirilib.

 

Şagirdlərdə universitet haqqında daha geniş təəssürat yaratmaq üçün sonda AzTU haqqında film nümayiş olunub.