Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzinin (AgroCenter)  Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) həyata keçirdiyi kənd təsərrüfatı sahələri üzrə Glimmer Tədris Təkmilləşdirmə proqramının 2018-2019-ci tədris ili üzrə “Məzun günü” keçirilib.

 

Aqronomluq fakultəsində təşkil olunan tədbirdə ADAU-nun rəhbərliyi, proqramın müəllim heyəti və əməkdaş şirkətlərin nümayəndələri iştirak edib.

 

Tədbirdə universitetin rektoru, AMEA-nin müxbir üzvü, professor  İbrahim Cəfərov çıxış edib. O, tələbələrə uğurlar arzulayıb, kənd təsərrüfatı mütəxəssislərinin ölkə iqtisadiyyatında rolundan danışıb.

 

Proqramı müvəffəqiyyətlə başa vuran tələbələr sertifikatlar və hədiyyələrlə təltif edilib.