İyunun 10-da Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək.

 

Dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi əmək yarmarkasının keçirilməsində məqsəd  Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biri sayılan gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərməkdir.

 

Əmək yarmarkasında bütün ali məktəblərdə təhsil alan, o cümlədən əlilliyi olan tələbə, magistr və məzunlar təklif olunan müxtəlif iş vakansiyası və təcrübə proqramlarına müraciət edə biləcəklər.

 

Əmək yarmarkasında iştirak etmək istəyənlər [email protected] ünvanına CV göndərə bilər. Məlumat üçün bildirək ki, elektron CV bazası müfaviq dövlət qurumları, təşkilat və şirkətlərə təqdim ediləcək.