Bakı Ali Neft Məktəbinin (BANM) 5 məzunu Çin Neft Universitetində (Pekin) təhsilini magistratura pilləsi üzrə davam etdirəcək.

 

BANM-in Neft-qaz mühəndisliyi ixtisası üzrə məzunları Murad Muradov, Qorxmaz Verdiyev Çin Neft Universitetində Neft mühəndisliyi ixtisası, Tərxan İmanov, Məhəmməd Ələşrəfov və Məhəmməd Əliyev isə Neft və qaz yataqlarının işlənməsi mühəndisliyi ixtisası üzrə magistratura təhsili alacaqlar.

 

Onlar təhsillərini “Çin Xalq Respublikasında Təhsil Hökumətlərarası Təqaüd Proqramı (HTP) - 2019/20” çərçivəsində əldə olunan təqaüd hesabına davam etdirəcək.

 

Məlumat üçün bildirək ki, Ali Neft Məktəbi ilə Çin Neft Universiteti arasında tədris, mütəxəssis hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədilə Əməkdaşlıq haqqında razılaşma mövcuddur.

 

Razılaşmaya əsasən, BANM və Çin Neft Universiteti bakalavriat və magistratura səviyyəsində tələbə, həmçinin, elmi fəaliyyət və təhsil prosesi üzrə təcrübə mübadiləsini həyata keçirir.