Bakı Dövlət Universiteti (BDU) 100 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında “100 ilin zirvəsində” adlı müsabiqə elan edib.

 

Müsabiqəyə BDU ilə bağlı bütün janrlarda yazılar qəbul olunur.

 

Universitetdən verilən məlumata görə, müsabiqənin müddəti 1 avqust – 1 oktyabr 2019-cu il il tarixlərini əhatə edəcək.

 

Müsabiqənin şərtləri isə aşağıdakı kimidir:

 

- Materiallar yeni və orijinal olmalı;

 

- Müsabiqə elan olunduqdan sonra qəzet, jurnal və ya internet portallarında dərc edilməli;

 

- Materiallarda “Bakı Dövlət Universitetinin “100 ilin zirvəsində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalı;

 

- Çap olunduqdan sonra [email protected] elektron ünvanına mövzu yerində “100 ilin zirvəsində” qeydi edilməklə və yaxud birbaşa BDU Mətbuat və informasiya şöbəsinə təqdim edilməlidir.

 

Qeyd edək ki, yazı müəllifi kütləvi informasiya vasitəsində çalışmalıdır. Qurumların mətbuat xidmətlərinin əməkdaşları da müsabiqədə iştirak edə bilərlər. Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil.

 

Mükafatlandırma mərasimi isə BDU-nun 100 illik yubiley tədbirləri çərçivəsində keçiriləcək:

 

1-ci yer – 1000 manat (1 nəfər);

 

2-ci yer – 500 manat (2 nəfər);

 

3-cü yer – 300 manat (3 nəfər);

 

Hər biri 200 manat olmaqla 5 həvəsləndirici mükafat.