2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının dünyaya tanıdılması” (AKDT) layihəsi çərçivəsində, bu günə qədər  klassik və müasir dövr olmaqla 27 azərbaycanlı müəllifin 38 adda kitabının tərcüməsi və çapı başa çatdırılıb. Türkiyəli oxucularına ixtiyarına  verilən kitabların nəşri Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatı ilə işbirliyi nəticəsində baş tutub.

 

Qeyd edək ki, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının ardınca “Xosrov və Şirin” poeması yüksək poliqrafik göstəricilərlə türk dilində nəşr olunub.

 

Cari ilin sonunadək “Xəmsə”yə daxil olan digər 3 kitabın da nəşrinin tamamlanması və tanıtım məqsədilə Türkiyədəki təhsil ocaqlarında,  kitabxanalarda və dərnəklərdə  yerləşdirilməsi nəzərdə tutulub.

     

Sifai SƏFƏROVA