Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Türkiyə Respublikasının İsparta Tətbiqi Elmlər Universitetinin Beynəlxalq əlaqələr üzrə baş koordinatoru, professor Abdullah Diler və Mövlana və YÖS koordinatoru, dosent Musa Yavuzla görüşüb.

 

Rektor C. Cəfərov rəhbərlik etdiyi ali təhsil müəssisəsi  haqqında ətraflı məlumat verib.

 

C.Cəfərov vurğulayıb ki, beynəlxalq əlaqələrin genişləndirilməsi də ADPU-nun fəaliyyətinin əsas istiqamətlərindən biridir. ADPU müxtəlif ölkələrin, o cümlədənTürkiyənin bir çox universitetləri ilə yaxından əməkdaşlıq edir və gələcəkdə bu əlaqələri daha da genişləndirmək niyyətindədir.

 

Professor Abdullah Diler və dosent Musa Yavuz səmimi və mehriban münasibətə görə təşəkkür ediblər. Onlar təmsil etdikləri universitetin strukturu, tədris prosesi, fəaliyyət istiqamətlərivə beynəlxalq əlaqələri haqqında geniş məlumat veriblər.

 

Görüşdə ADPU və İsparta Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.