Azərbaycan Dillər Universiteti (ADU) ixtisas seçimi edəcək abituriyentlər və onların valideynləri üçün 29-30 iyul tarixlərində saat 11:00-da “Açıq qapı” günləri təşkil edəcək.

 

ADU-dan verilən məlumata görə, “Açıq qapı” günlərində iştirak etməklə  universitetin daxili strukturu, təhsilin səviyyəsi, universitetdə tədris olunan dillər və s. haqqında ətraflı məlumat əldə etmək mümkündür.

 

“Açıq qapı” günlərində iştirak etmək üçün sadəcə göstərilən tarixlərdə universitetin 1 saylı tədris korpusuna (Əsas korpus) gəlmək kifayətdir (Rəşid Behbudov küçəsi 134 - 28 may metro stansiyasının 2-ci çıxışı).

 

Qeyd edək ki, ADU-ya qəbul 2-ci və 3-cü ixtisas qrupları üzrə aparılır.