26-28 iyul tarixlərində Azərbaycanda ilk dəfə keçirilən Milli Yaylaq Festivalında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) də təmsil olunub.

 

Universitetdən verilən məlumata görə, tələbələrin əsərləri festival iştirakçılarının xüsusi marağına səbəb olub. Tələbə rəssamlar azyaşlı ziyarətçilərə ustad dərsləri keçiblər.

 

Açılış mərasiminin sonunda ADMİU-nun tələbələrinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sertifikatları təqdim olunub.

 

Qeyd edək ki, mədəni-etnoqrafik və eko-etnoturizmi özündə birləşdirən Milli Yaylaq Festivalının açılışında 30 min nəfərdən çox insan, o cümlədən yerli və xarici turistlər, iş adamları, diplomotik korpus və media nümayəndələri  iştirak edib.