Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çinin Şimal-şərqi Neft Universitetinin rektoru, professor Jiang Minghunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

M.Babanlı universitetdə tədris olunan ixtisaslar, MBA proqramları, beynəlxlalq əməkdaşlıq əlaqələri  və ikili diplom proqramları haqqında ətraflı məlumat verib. Çin universitetləri ilə genişmiqyaslı və uzunmüddətli əlaqələrin olduğunu qeyd edən rektor ikili diplom proqramları və tələbə mübadiləsi istiqamətində əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.

 

Çinin Şimal-Şərqi Neft Universitetinin rektoru, professor J.Minghu təmsil etdiyi universitet haqqında ümumi məlumat verərək, ADNSU ilə sıx və davamlı əməkdaşlıq üçün hər cür imkanlarının olduğunu vurğulayıb. Təmsil etdiyi universitetdə də ADNSU-da olduğu kimi, əsas aparııcı sahələrin neft və kimya ixtisasları üzrə olduğunu deyən J.Minghu həmin ixtisaslar üzrə tələbə mübadiləsinin hər iki tərəf üçün müsbət nəticələr verəcəyinə inamını bildirib.

 

Görüşün sonunda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalandıqdan sonra qonaqlar ADNSU-nun tarix muzeyində olublar.