“Bu il Bakıda 1433 nəfər fərqlənmə attestatı alıb”


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev “Azərbaycan müəllimi” qəzetinə ötən ilin uğurlarından danışarkən bildirib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 877, tam orta təhsil səviyyəsi üzrə isə 556 nəfər fərqlənmə attestatı ilə bitirib.

 

BŞTİ sədri qeyd edib ki, məzunlardan 15 nəfəri qızıl və gümüş medala layiq görülüb: "Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i isə gümüş medal qazanıb".