Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin  Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını alması münasibəti ilə rəsmi qəbul keçirib.

         

Tədbirdə Böyük Britaniyanın səfiri Ceyms Şarp, British Council şirkətinin Azərbaycan üzrə direktoru Samr Şah, Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin nümayəndələri, AzMİU-nun rektorluğu və professor-müəllim heyətinin bir qrupu, media təmsilçiləri iştirak ediblər.

        

Ceyms Şarp AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova başda olmaqla, bütün kollektivi Memarlıq fakültəsinin  Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını alması münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Səfir vurğulayıb ki, AzMİU-nun Memarlıq fakültəsinin memarlıq sahəsində bütün dünyada tanınan, nüfuzlu Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını alması böyük hadisədir. Bu uğurun qazanılmasında o, Britaniya səfirliyinin beynəlxalq təşkilatı olan British Council şirkəti ilə universitet arasında əməkdaşlığın yüksək səviyyədə qurulduğunu əsas gətirib.

         

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova verilən dəyərə, göstərilən dəstəyə görə Britaniya səfirliyinə, British Council şirkətinə təşəkkürünü bildirib. Rektor əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsini arzulayıb.