Bakı Dövlət Universitetində (BDU) İordaniya Haşimilər Krallığının Azərbaycana təyin olunmuş səfiri Sami Abdullah Ğoşeh ilə görüş keçirilib.

 

Görüşdə rektor Elçin Babayev BDU-nun beynəlxalq əlaqələrinin genişlənməsindən danışıb, İordaniya ilə təhsil və elm sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına əhəmiyyət verildiyini qeyd edib.

 

Universitetin yeni inkişaf strategiyası - 5.0 haqqında danışan E.Babayev bildirib ki, təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. 

 

Səfir Sami Abdullah Ğoşeh iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın yeni hədəflərə uyğun olaraq inkişafına dəstək verəcəklərini söyləyib, BDU ilə həyata keçiriləcək layihələrdə tərəfdaşlığa maraqlı olacaqlarını bildirib.

 

Görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, birgə tədqiqat işlərinin aparılması, layihələrin hazırlanması kimi məsələlər  də müzakirə olunub.