“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb. 2019-cu il dekabrın 27-dən başlayan mərhələ 2020-ci il fevralın 2-də tamamlanıb. Bu müddətdə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfər müsabiqəyə qəbul edilib.

 

Qeydiyyat mərhələsi ərzində müsabiqə ilə bağlı əhalini məlumatlandırmaq, bölgələrdəki şəxslərin müsabiqədə qeydiyyatdan keçmələrinə dəstək olmaq məqsədilə yanvarın 21-31 tarixlərində “Yüksəliş” müsabiqəsinin səyyar qeydiyyat avtobusları bölgələrə səfər edib.

 

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.