Qəbələ Mədəniyyət Mərkəzində rayon təhsil şöbəsi və “Exspress” Təhsil Mərkəzinin “Təhsil millətin gələcəyidir” devizi altında təşkil etdikləri bilik yarışının qalibləri mükafatlandırılıb.

 

“Exspress” Təhsil Mərkəzinin direktoru Bünyad Şahvələd mərkəzin fəaliyyətindən bəhs edərək bildirib ki,  adıçəkilən mərkəz 14  ildir fəaliyyət göstərir və ötən müddət ərzində rayonda təhsilin səviyyəsinin daha da yüksəldilməsinə öz töhfəsini verib. Onun sözlərinə görə, mərkəzin yetirmələri ali təhsil ocaqlarına qəbul prosesində hər il yüksək nəticə göstərirlər.

 

Rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova “Exspress” Təhsil Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, bilik yarışında birinci yeri tutan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Natiq Məmmədova təhsil mərkəzinin sertifikatını və hədiyyəsini təqdim edib.

 

Siniflər üzrə bilik yarışında ilk üç yeri tutan şagirdlərə də  sertifikat və qiymətli hədiyyələr təqdim olunub. Qeyd edək ki, “Exspress” Təhsil Mərkəzi qaliblərə təhsil haqqından 20-50 faiz arasında endirimlər də edib.