Artıq bir neçə ildir ki, Azərbaycan Dövlət İqtisad Universiteti göstərdiyi təhsil xidmətlərini UNEC brendi altında təqdim edir və bir  çox dünya təhsil brendləri arasında öz yerini alır.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin brendi olan “UNEC” Azərbaycanda və Türkiyədə  “Türk Marka və Patend Kurumu” tərəfindən qeydiyyata alındıqdan sonra artıq Polşa, Litva, Slovakiyada da tanınıb  və qeydiyyatdan keçib. Ən qısa vaxtda rəsmi prosedurların tamamlanması və UNEC brendinin daha 11 ölkədə qeydiyyatının təsdiqlənməsi  gözlənilir.