2024-cü ilin sonuna qədər məktəblərin ən azı 50 faizi layihəyə qoşulacaq


Rusiyanın  Maarif  Nazirliyi 2021-ci ilə qədər süni intellekt tədqiqatını məktəb tədris planlarına daxil etməyi planlaşdırır.  "Sberbank" və "Birbaşa İnvestisiya Fondu" tərəfindən tərtib olunan sənəddə qeyd olunur ki,  süni intellektin məktəb təhsilinə inteqrasiyası üçün qrantların ayrılmasını təmin etmək məqsədilə federal büdcə vəsaitlərinin verilməsi qaydaları hazırlanıb.

 

Bundan başqa, 2020 -ci  ildə federal dövlət təhsil standartlarına və nümunəvi  ümumtəhsil proqramlarına uyğun olaraq süni intellektin tətbiqi ilə əlaqadar təhsil modullarının işlənib hazırlanması təmin edilib.

 

2021-ci ildə Maarif  Nazirliyi əsas təhsil proqramlarının bir hissəsi olaraq "Süni intellekt" təlim modullarını sınaqdan keçirəcək.  Layihə  2024-cü ilin sonuna qədər məktəblərin ən azı 50 faizini əhatə edəcək.

 

Müəllimlər süni intellekt üzrə tam iş və yarım-ştat formatında qabaqcıl təlim keçməli olacaqlar. Məktəblilər üçün ümumrusiya  olimpiadası təşkil olunacaq, onun nəticələrinə əsasən, şagirdlər universitetə ​​daxil olarkən əlavə bal toplaya biləcəklər.  Bütün tədbirlər "Süni intellekt" federal layihəsi çərçivəsində həyata keçiriləcək.

 

 

Qeyd edək ki, 2019-cu ilin noyabrında " Aber Journey" konfransında ölkənin iri şirkətləri - "Sberbank", "Gazprom Neft", "Yandex", "Mail.ru Group",  "MTS"  və "RDIF" süni intellekt alyansı yaratmaq üçün əməkdaşlıq müqaviləsi imzalayıblar.  Süni intellektin məktəblərin  tədris proqramına daxil edilməsi gələcəkdə Rusiya şirkətlərinin beynəlxalq bazara çıxarılmasının bir yolu kimi qiymətləndirilir.


 

Oruc MUSTAFAYEV