"Yüksəliş” müsabiqəsində iştirak edən namizədlər martın 1-də qabiliyyət üzrə əsas imtahana qatılacaqlar.

 

Əsas imtahanda iştirakçılar abstrakt düşüncənin yoxlanılması üzrə 20 suala ümumilikdə 20 dəqiqə, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə 18 sualın hər birinə 2 dəqiqə ərzində cavab verməlidirlər. Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması bölməsində 6 mətn və hər mətnə aid 5 sual (cəmi 30 sual) təqdim olunur. Hər mətni oxumaq üçün 2 dəqiqə, hər suala 2 dəqiqə vaxt ayrılır.

 

Bu mərhələni də uğurla keçən iştirakçılar onlayn mərhələni başa vurmuş sayılır və onları qarşıda əyani mərhələ gözləyir.