Bütün xəbərlər
7 mart, 15:53

Bu yaxınlarda bir müəllimlə tanış olduq. Zərdab rayonunun İsaqbağı kəndində müəllim ailəsində doğulmuş Simuzər Tağıyeva hər zaman öz üzərində işləyən, həyata olan sevgisi heç zaman tükənməyən, yaşının artmasının məqsədlərinə maneə olmadığını düşünən bir qadın, ana və müəllimdir. O, 1984-1988-ci illərdə Gəncə Humanitar Kollecin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alıb. 1988-ci ildə Zərdab rayonu İsaqbağı kənd orta məktəbində ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 

1991-ci ildə ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə köçüb və bu səbəbdən də pedaqoji fəaliyyətini dayandırmalı olub. Amma bu müddət onu heç də təhsildən uzaqlaşdırmayıb. Hər zaman təhsildə gedən prosesləri, yenilikləri izləməyə maraqlı olub və öz üzərində işləməyə, yeni biliklər əldə etməyə cəhd göstərib. 

Əbəs yerə deyil ki, 26 illik fasilədən sonra yenidən müəllim kimi fəaliyyətini davam etdirib. Bəli, 26 ildən sonra…

“Müəllimlik peşəsini atamdan miras almışam”

O, rəsmi iş yeri olmasa da, öz üzərində işləməyi özünə borc bilib: “Bu müddət ərzində kitaba, mütaliəyə, bilik əldə etməyə marağım azalmadı. Əksinə, oxuduqca daha çox yeni informasiyalar əldə etmək, nələrsə öyrənmək istəmişəm. Müəllimliyə olan sevgim atamın sayəsində olub. Müəllim işləyən, peşəsini hədsiz sevən atam o sevgini tək mənə yox, qardaşım və bacıma da miras olaraq ötürüb. Bir sözlə, müəllimlik peşəsini atamdan miras almışam.

Atam Rəhim Rəhimov ömrünün 50 ilini təhsilə həsr edib. Onun 30 ilində isə direktor kimi fəaliyyət göstərib. Bu illər ərzində kənddə arzusunda olduğu müasir məktəb binasının tikilməsinə nail olub. Gözümü açandan evimizdə “Azərbaycan müəllimi” qəzeti, “Azərbaycan məktəbi”, “İbtidai sinif və məktəbəqədər tərbiyə” jurnalları, elmə və təhsilə aid digər mətbu nəşrləri görmüşəm. Evimizdə, stolumuzun üstündə həmişə kitab, dəftər, məktəbə, təhsilə aid  nümunələr görmüşəm. Biz də bu yolla davam etdik. Bacım, qardaşım, eləcə də hər birimizin övladı təhsillidir. İnanıram ki, bu gün atamın ruhu çox şaddır. Onu da qeyd edim ki, atam evini məktəbə daşıyan biri idi. Yəni evdə nəsə bir şey axtaranda, nəyisə tapmayanda qardaşımın uşağı deyirdi ki, onu siz axtarmayın, yəqin onu baba məktəbə aparıb”. 

Simuzər Tağıyeva 2017-ci ildə müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində 54 bal toplayıb və müsahibədən uğurla keçərək 26 ildən sonra Bakının Nərimanov rayonundakı 73 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi yenidən pedaqoji fəaliyyətə başlayıb. 2022-ci ildə isə sertifikasiya imtahanında 57 bal toplayıb. S.Tağıyeva deyir ki, 73 nömrəli məktəbə müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə gələn ilk müəllim olsa da, belə pedaqoqların sayı ildən-ilə artır. Bu da müsabiqənin obyektiv və şəffaf olmasının bariz nümunəsidir.

“Müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesində bəzi həmkarlarımın zəif nəticə göstərməsi mənə sanki bir mesaj oldu”

O, uzun müddət ara verməsinə baxmayaraq, müəllim kimi işləməyi hər zaman arzulayıb. Məktəb mühiti üçün çox darıxıb, sinif otağına daxil olmağın həsrətini çəkib: “26 il təhsildən ayrı düşsəm də, buna o qədər də heyifslənmirəm. Çünki bu illər ərzində cəmiyyət üçün faydalı, təhsilli övladlar böyütmüşəm. Qızım həkim, oğlum mühəndisdir. Ancaq müəllim kimi yenidən işləmək həmişə xəyallarımda canlanıb. 

Körpə fidanlarla işləmək məqsədini qarşıma hədəf qoydum. Müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesində bəzi həmkarlarımın zəif nəticə göstərməsi mənə sanki bir mesaj oldu. Özümə “Bacararsan!” dedim. Mənim üçün “Artıq gecdir” deyə bir anlayış yoxdur. İnsan hər zaman arzulamalı, arzularını gerçəkləşdirmək üçün qarşısına məqsəd qoymalı, məqsədinə çatmaq üçün zəhmətə qatlaşıb sona qədər mübarizə aparmalıdır. Hər kəs yolun sonunda işığı görməlidir. Öz növbəmdə peşəmi sevdiyimdən işimə məsuliyyətlə yanaşıram. Hazırda şagirdlərimə bilik, bacarıq verməklə yanaşı, onların vətənpərvər, dəyərlərimizə hörmət və ehtiram göstərən, ədalətli şəxsiyyət kimi formalaşmaları üçün səy göstərirəm”.

1 /2

Şərhlər

Xəbər lenti

23 oktyabr, 09:30

STEAM təlimi bütün fənlərlə inteqrasiya ediləcək

22 oktyabr, 18:53

AzTU-da əcnəbi tələbələr üçün maarifləndirici tədbir keçirilib

22 oktyabr, 18:49

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM 

22 oktyabr, 17:25

Şagirdlərin dərsi həqiqətən mənimsədiyini necə öyrənə bilərik? - 5 SADƏ ADDIM

22 oktyabr, 15:33

VII sinif şagirdi məktəbin pəncərəsindən yıxılıb - Rəsmi açıqlama

22 oktyabr, 15:31

ABŞ-də yeni məktəb modeli: Hər gün yalnız 2 saat akademik dərs  

22 oktyabr, 15:23

Diaqnostik qiymətləndirmə bağçaların idarəçiliyindəki boşluqları aradan qaldıra bilər - Deputat

22 oktyabr, 15:21

Vüsal Göyüşov: Din təhsili müasir pedaqoji yanaşmalarla zənginləşdirilməlidir

22 oktyabr, 13:12

Rektor: Azərbaycan və Türkiyə universitetləri ortaq gələcək formalaşdırır

22 oktyabr, 13:01

Rektor: Mədrəsə təhsili radikallığın birbaşa mənbəyi deyil

22 oktyabr, 12:55

Zaqatalanın kənd məktəbində işləmək istəyən müəllimlərin NƏZƏRİNƏ

22 oktyabr, 12:05

Məktəb kitabxanaları – Düşünən gəncliyin təməl beşiyi

22 oktyabr, 11:51

Rafael Hüseynov: Sağlam din qədər mükəmməl təhsil də zəruridir

22 oktyabr, 11:42

Təhsilalanlarda din haqqında təsəvvürlərin formalaşmasına diqqət yetirilir - Nazir müavini

22 oktyabr, 11:37

Firudin Qurbanov: Dinlər haqqında məlumatlılıq gənclərdə dinlərə qarşı hörmət formalaşdırır

22 oktyabr, 11:32

Rektor: Dini təhsili müasir çağırışlara uyğun qurmaq lazımdır

22 oktyabr, 11:28

Komitə sədri: Qlobal çağırışlar nəzərə alınmadan uğurlu dini təhsil modeli yaratmaq mümkün deyil

22 oktyabr, 11:25

“Dini təhsil cəmiyyətin sabitliyinə xidmət etməlidir” – Ramin Məmmədov

22 oktyabr, 10:52

Bakıda müasir din təhsili modelləri ilə bağlı beynəlxalq simpozium keçirilir

22 oktyabr, 10:46

AzMİU-da alternativ enerji üzrə innovativ tədqiqatlar genişləndiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.