Məktəblərdə aparılan yoxlamalar nəticəsində 134 direktor və direktor müavini işdən çıxarılıb
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri aparılır. Nəzarət tədbirləri nəticəsində qanunvericiliyin tələblərinə əməl etməyənlərlə bağlı ölçü götürülür.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 1 illik fəaliyyətinə dair təşkil olunan brifinqdə Agentliyin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir, vətəndaş və valideyn müraciətlərinə xüsusi həssaslıqla yanaşılır.
“Agentliyin fəaliyyəti dövründə ümumi təhsil müəssisələrində aparılan yoxlamalar nəticəsində 134 nəfər işdən çıxarılıb, 133 nəfərə töhmət, xəbərdarlıq, şiddətli töhmət verilib”.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)