Bütün xəbərlər
12 noyabr, 22:20

Bakı Dövlət Universitetinin (BDU) “BSU Creativity Workz” komandası 2024-cü il 13-15 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək “EV Charge Show" – Dünya Elektromobil Şarj Stansiyası İstehsalçılarının Qlobal Görüş Platforması çərçivəsində "E-mobillik innovasiya ve startap yarışması"nın finalına vəsiqə qazanıb.

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

Belə ki, dünya üzrə elektromobil firmalarının və yeni nəsil şarj stansiyası istehsalçılarının iştirak etdiyi adıçəkilən konfrans 2022-ci ildən etibarən Türkiyədə keçirilir. Bu konfransın məqsədi elektromobillərdə istifadə olunan batareya və şarj texnologiyalarını inkişaf etdirmək, innovativ rəqəmsal həlləri və təmiz enerji istifadəsinə əsaslanan layihələri dəstəkləməkdir. 2024-cü ildə keçiriləcək növbəti konfransda 20 mindən çox ziyarətçinin, dünyanın 40-dan çox ölkəsindən 300-dən çox şirkətin iştirak edəcəyi gözlənilir.

Hər il konfrans çərçivəsində təşkil olunan
"E-mobillik innovasiya ve startap yarışması"nda müxtəlif komandalar elektromobillərdə istifadə olunan batareya və şarj texnologiyaları ilə bağlı layihələrini təqdim edirlər. Bu il müsabiqəyə 220 komanda layihə təqdim edib, onlardan 8-i final mərhələsinə vəsiqə qazanıb. Finala vəsiqə qazanan layihələr arasında BDU-nun “BSU Creativity Workz” komandası özünün “SuperCapBack” layihəsi ilə yer alır.

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində hazırlanan layihə elektromobillərdə istifadə olunan ənənəvi Li-ion batareyalarını ikiqat təbəqəli EDLC supertutumlu + Li-ion hibrid birləşməsi ilə əvəz edərək, batareyaların effektivliyini artırmağı hədəfləyir. Belə ki, elektromobildəki regenerativ tormozlama sistemi hesabına yaranan dəyişən cərəyan və elektromobilin sürət götürməsi zamanı batareyadan ani alınan yüksək amperli sabit cərəyan səbəbindən ənənəvi Li-ion batareyalarının iş müddəti və effektivliyi azalır. “SuperCapBack” layihəsində elektromobildə yaranan bu zərərli cərəyanların təsirini minimallaşdırmaq məqsədilə cərəyanların giriş və çıxışlarına EDLC supertutumu, AC-DC çevirici və soyutma sistemi əlavə edilir. Bununla Li-ion batareyasının effektivliyi qorunur və iş müddəti artır.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.