Bütün xəbərlər
17 sentyabr, 16:51

ABŞ və digər ölkələrdə aparılan araşdırmalar göstərir ki, məktəblərdə mobil telefonların istifadəsinin məhdudlaşdırılması şagirdlərin akademik nəticələrinə müsbət təsir göstərir.

“Azərbaycan müəllimi” xəbər verir ki,  ABŞ-nin Pensilvaniya Universitetinin Vorton Məktəbinin professoru Alp Sunqunun rəhbərliyi ilə 17 000 şagird üzərində genişmiqyaslı araşdırma aparılıb. Nəticələr göstərib ki, sinifdə telefonların toplanması şagirdlərin qiymətlərini yüksəldir, xüsusilə aşağı göstəricisi olan, birinci sinif və qeyri-STEM fənləri üzrə daha effektivdir.

Tədqiqat həmçinin göstərib ki, telefon qadağaları dərs mühitini daha səmərəli edir. Şagirdlər bu qaydalara daha çox dəstək verirlər və diqqət yayındırıcı amillər azalır.

Yeni Zelandiyada da keçən ilin aprelinə qədər bütün liseylərdə telefon istifadəsi qadağan edilib və məktəb rəhbərləri bunun şagirdlərin nəticələrinə müsbət təsir etdiyini bildirirlər. Stratford liseyinin direktoru Cam Ston bildirib ki, qadağa sinifdə diqqətin artmasına, dərs mühitinin sakitləşməsinə və gənc şagirdlərin məktəbə adaptasiyasının asanlaşmasına səbəb olub.

Stone əlavə edib ki, telefonsuz dərs mühiti şagirdlərin təhsil prosesinə daha yaxşı fokuslanmasına kömək edir və sosial medianın gənclər üzərindəki mənfi təsirlərini azaldır. Buna görə o, 13 yaşından kiçik uşaqlar üçün sosial media istifadəsinə qadağanın zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, Avstraliya Senatı 2025-ci ilin sonundan etibarən 16 yaşdan kiçik uşaqların “Facebook”, “TikTok”, “Instagram” və “Snapchat” platformalarına daxil olmalarını qadağan edən qanunu təsdiqləyib.

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.