
Oktyabrın 16-da saat 13:00-da Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə müşavirinin köməkçisi Tural Qafarlı Ankara universitetinin Tandoğan kampusunda yerləşən Aziz Şevket Kansu binasının konfrans salonunda bu universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüşəcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüşün məqsədi tələbələrlə yaxından tanış olmaq, onların təhsil və yaşayışla bağlı qarşılaşdıqları məsələləri müzakirə etmək, mövcud problemlərin həllinə dəstək göstərməkdir.
Tədbirdə həmçinin Ankara Universitetinin tələbə dekanlığı və beynəlxalq tələbə koordinatorluğunun əməkdaşları da iştirak edəcəklər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər