
18 oktyabrda Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində kimya və riyaziyyat fənləri üzrə beynəlxalq olimpiadalara hazırlıq məqsədilə seçmə imtahanlar təşkil ediləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, riyaziyyat fənni üzrə seçmə imtahanda ötən tədris ilində Respublika fənn olimpiadasında (RFO) qalib olan şagirdlər, kimya fənni üzrə seçmə imtahana isə RFO-nun final mərhələsində iştirak edən şagirdlər buraxılacaqlar.
İmtahan saat 10:00-da başlanacaq. Şagirdlərdən şəxsiyyət vəsiqələri ilə birlikdə saat 09:30-da Təhsil Texnologiyaları Mərkəzində olmaları xahiş olunur.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər