Bütün xəbərlər
13 oktyabr, 10:23

Oktyabrın 10-da Azərbaycanın Qarsdakı Baş Konsulluğu, “İğdır Azərbaycan Evi”, eləcə də İğdır Universiteti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin İğdır Universitetində "Dədə Qorqud” dastanına həsr olunmuş beynəlxalq konfrans keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, konfransda Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, İğdır vilayətinin valisi Ercan Turan, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və İğdır Universitetinin rektoru Ekrem Gürel iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən vali Ercan Turan “Dədə Qorqud” dastanını oğuz türklərinin “mədəni kodu” adlandırıb. “İğdır adı elə oğuz tayfalarından birinin adından yaranıb. Dastandakı rəvayətlər və mahnılarda təbliğ edilən dəyərlər bu günədək öz əhəmiyyətini itirməyib”, – deyə vali qeyd edib. O, türk xalqlarının güclənməsi yolunun birliyə və həmrəyliyə aparan yoldan keçdiyini vurğulayıb. E.Turan Türkiyə və Azərbaycan prezidentləri arasında mövcud sıx əməkdaşlıq və dialoqu “bölgədə sülhün və sabitliyin təminatı” adlandırıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək “Dədə Qorqud”un Türk dünyasını birləşdirən unikal irs olduğunu diqqətə çatdırıb və onun  tədqiqini, bu mövzuda əsərlərin yazılmasını, kitabların nəşrini bütün Türk dünyası üçün töhfə olacağını vurğulayıb. Eləcə də “Dədə Qorqud kitabı”nı təkcə türk epik irsinin deyil, ümumdünya dastan yaradıcılığı üçün misilsiz mənbə adlandıran rektor Elbrus İsayev gəncləri zamanın sınağından çıxmış bu məşhur dastanı hərtərəfli öyrənməyə və yüksək dəyərləndirməyə çağırıb.

İğdır Universitetinin rektoru Ekrem Gürel çıxışında “Dədə Qorqud” dastanının əhəmiyyətindən bəhs edib. Rektor Ekrem Gürel: “Səmimi-qəlbdən inanıram ki, Türkiyə və Azərbaycanın tanınmış alimlərinin iştirakı ilə keçirilən bu konfransın nəticələri ədəbiyyat, tarix, dilçilik, incəsənət və sosiologiya da daxil olmaqla, bir çox sahələrdə yeni uğurlu başlanğıclara təkan verəcək”, – deyə vurğulayıb.

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev “Dədə Qorqud” dastanının beynəlxalq səviyyədə tanınmış bir əsər olduğunu vurğulayıb. O qeyd edib ki, “Dədə Qorqud kitabı” UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. “Dastanın beynəlxalq səviyyədə tanınması bizim üzərimizə məsuliyyət qoyur. Türkiyə və Azərbaycanın ortaq tarixi və mədəni kökləri bizi eyni ailənin üzvlərinə çevirir”, – deyə Z.Əliyev qeyd edib.

“İğdır Azərbaycan Evi”nin rəhbəri Ziya Zakir Acar çıxışında bildirib ki, “Dədə Qorqud” dastanı təkcə Azərbaycanda deyil, Türkiyədə də nəsildən-nəslə öyrənilib və yaşadılıb. “Bu əsər Türkiyə ictimaiyyətinə, xüsusən də İğdır əhalisinə yaxşı tanışdır. Türk milli kimliyini formalaşdıran əsas dəyərlər olan ailə, torpaq sevgisi, igidlik, qonaqpərvərlik, böyüyə hörmət, kiçiyə qayğı bütün bunların hamısı ‘Dədə Qorqud’un səhifələrində öz əksini tapır”, – deyə o vurğulayıb. 

Sonda beynəlxalq tədbirin fəxri qonağı, Azərbaycan Dillər Universitetinin rektoru professor Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş videoçarx təqdim olunub.

Tədbir Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə iki sessiya ilə işini davam etdirib.

1 /12

Şərhlər

Xəbər lenti

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

13 oktyabr, 12:10

Naxçıvanda Çin ilə əməkdaşlıq çərçivəsində data mərkəzi açılacaq

13 oktyabr, 11:40

Azərbaycan müəllimləri süni intellektdən istifadəyə görə OECD ölkələrini qabaqlayırlar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.