
Azərbaycan Memarlıq və İnşaat Universitetində(AzMİU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən SDG klubunun və Amerika Ürək Assosiasiyası tərəfindən akkreditasiya olunmuş beynəlxalq təlim mərkəzi “Medic School”un birgə təşkilatçılığı ilə ilkin tibbi yardım üzrə təlim təşkil olunub.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, təlimin məqsədi tələbə və müəllim heyətinin təcili və fövqəladə hallarda ilkin tibbi yardım bacarıqlarını artırmaq, həmçinin həyati təhlükə yaradan vəziyyətlərdə operativ müdaxilə imkanlarını təkmilləşdirmək olub.
Təlim zamanı iştirakçılara ilkin tibbi yardımın əsas prinsipləri, ürək-ağciyər reanimasiyası (CPR), süni tənəffüs üsulları, defibrilyatordan istifadə qaydaları, eyni zamanda boğulma hallarında tətbiq olunan “Heimlich” manevri haqqında ətraflı məlumat verilib və praktiki məşğələlər keçirilib.
Mütəxəssislər tərəfindən keçirilən praktiki hissədə iştirakçılar real vəziyyətlərə uyğun simulyasiyalar üzərində ilkin tibbi yardım bacarıqlarını sınaqdan keçiriblər.
Təlimin sonunda iştirakçılara Amerika Ürək Assosiasiyası standartlarına uyğun beynəlxalq sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər