
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “dəyirmi masa” təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbiri UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru professor Rövnəq Rzayev açaraq, dövlət başçısının 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi haqqında qərarının mühüm əhəmiyyətindən danışıb. O, qeyd edib ki, bu qərar Azərbaycan dövlətçiliyinin ideya-siyasi əsaslarının möhkəmləndirilməsi, milli suverenliyin və hüquqi dövlət prinsiplərinin təbliği baxımından xüsusi önəm daşıyır.
Sonra UNEC-in Humanitar fənlər kafedrasının baş müəllimi İbrahim Babayev çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiyasının tarixi əhəmiyyəti və ölkənin hüquqi-siyasi sistemindəki rolu barədə danışıb. O, Konstitusiyanın vətəndaş məsuliyyətinin formalaşmasındakı əvəzsiz rolunu da xüsusi vurğulayıb.
Məruzədən sonra iştirakçılar arasında mövzu ətrafında geniş fikir mübadiləsi və sual-cavab sessiyası keçirilib.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər