
Sosial və emosional bacarıqlar akademik, peşəkar, sağlamlıq və ictimai nəticələr baxımından çox vacibdir. Buna görə də müəllimlərin bu bacarıqların tədrisində müvafiq səriştələrinin və özünəinamı haqqında anlayışlarının olması olduqca önəmlidir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən açıqlanmış TALIS 2024 (Teaching and Learning International Survey) hesabatının Azərbaycana aid hissəsində qeyd olunur.
Azərbaycanda müəllimlərin 86%-i hesab edir ki, onlar şagirdlərin sosial və emosional öyrənmələrini “xeyli” və ya “çox” dərəcədə dəstəkləyə bilirlər ki, bu, OECD-nin orta göstəricisindən (73%) yüksəkdir. Eyni zamanda, müəllimlərin 91%-i sosial və emosional bacarıqların tədrisində özlərini rahat hiss etdiklərini bildirir. Bu nəticə də OECD-nin orta göstəricisindən (86%) yüksəkdir.
Müəllimlərin 83%-i şagirdlərin öz emosiyalarını, düşüncələrini və ya davranışlarını anlamaq bacarığını “tez-tez” və ya “həmişə” inkişaf etdirdiklərini bildirir. Bu nəticə də OECD-nin orta göstəricisindən (68%) yüksəkdir. Həmçinin müəllimlərin 83%-i şagirdlərdə başqalarına empati qurmaq bacarığının inkişafına “tez-tez” və ya “həmişə” fokuslandıqlarını qeyd edir ki, bu göstərici OECD üzrə orta göstəriciyə (82%) yaxındır.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər