.jpg)
Bakı Mühəndislik Universiteti (BMU) ilə İtaliyanın ən qədim və nüfuzlu ali təhsil ocaqlarından biri olan Roma Sapienza Universiteti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə həsr olunmuş görüş keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül, həmçinin elm və innovasiya məsələləri üzrə prorektor Ağası Məlikov çıxış edərək universitetin beynəlxalq əlaqələr strategiyası, tərəfdaşlıq proqramları, elmi-tədqiqat fəaliyyətləri barədə ətraflı məlumat verib, o cümlədən Sapienza Universiteti ilə əməkdaşlığın gələcək perspektivlərinə diqqət çəkiblər.
Sapienza Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Graziella Gaglione ali məktəbin fəaliyyəti və beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimat edib. Sapienza Universitetinin nümayəndələri BMU ilə daha geniş əməkdaşlığın hər iki tərəf üçün səmərəli nəticələr verəcəyinə inamlarını vurğulayıblar.
Çıxışlar zamanı iki ali təhsil müəssisəsi arasında müxtəlif mübadilə proqramları çərçivəsində artıq formalaşmış əməkdaşlıq münasibətləri yüksək qiymətləndirilib. Tərəflər mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, elm, innovasiya və təhsil sahələrində yeni birgə layihələrin reallaşdırılması, eləcə də tələbə, müəllim mübadiləsinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Görüşün yekununda tərəflər arasında mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi, yeni birgə təşəbbüslərin həyata keçirilməsi və yaxın gələcəkdə əməkdaşlığın institusional səviyyədə genişləndirilməsi barədə razılıq əldə olunub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər