Bütün xəbərlər
17 sentyabr, 17:27

Çilinin paytaxtı Santyaqoda yerləşən “Lo Barnechea Bicentenario” məktəbində mobil telefonların istifadəsini məhdudlaşdıran pilot proqram tətbiq olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, proqramın məqsədi şagirdlərin sosial münasibətlərini gücləndirmək və smartfon asılılığının mənfi təsirlərini azaltmaqdır.

Proqrama əsasən, şagirdlər dərs gününün əvvəlində telefonlarını siqnal bloklayan xüsusi qutulara yerləşdirir, cihazları yalnız məktəb bitdikdən sonra yenidən aktivləşdirə bilirlər. Bu yanaşma uşaqlara telefonlarından tam imtina etmədən daha sağlam davranış vərdişi qazandırır.

Məktəbin direktoru bildirib ki, dərslər arasında fasilə zamanı indi daha çox canlanma müşahidə olunur, şagirdlər vaxtlarını idman, stolüstü oyunlar, kitabxana və musiqi məşğələləri ilə keçirirlər. Şagirdlərin özləri də proqramdan razı qalıblar. Onların sözlərinə görə, əvvəllər telefonla vaxt keçirirdilərsə, indi daha çox ünsiyyət qurur, oyun və idmanla məşğul olurlar.

Proqram Çilidə ilk dəfə tətbiq olunub və mərhələli şəkildə digər məktəblərə də yayılması nəzərdə tutulur. Yerli hakimiyyət və təhsil ekspertləri hesab edir ki, bu addım həm şagirdlərin psixoloji sağlamlığına, həm də dərs nailiyyətlərinə müsbət təsir göstərəcək.

Eyni zamanda, Çili Senatının təhsil komitəsi ölkə üzrə məktəblərdə mobil cihazların istifadəsini qadağan və tənzimləyən qanun layihəsini dəstəkləyib. Layihənin yaxın zamanda parlamentdə müzakirəyə çıxarılması gözlənilir.

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.