Bütün xəbərlər
17 sentyabr, 15:53

Mingəçevir Dövlət Universitetinin 4 proqramı beynəlxalq akkreditasiya mərhələsinə qədəm qoyur. 

“Azərbaycan müəllimi” xəbər verir ki, universitetin “Turizm işinin təşkili”, “Maliyyə”, “Energetika mühəndisliyi” və “İnformasiya texnologiyaları” ixtisasları keyfiyyət göstəricilərinə görə beynəlxalq ekspertlər tərəfindən qiymətləndiriləcək. 

MDU-nun rektoru Anar Eminov bildirib ki, bu addım ali təhsil müəssisəsinin tədris prosesini dünya standartlarına uyğunlaşdırmaq və rəqabətqabiliyyətini artırmaq məqsədi daşıyır. Akkreditasiya həmçinin tələbələrin beynəlxalq əmək bazarında daha geniş imkanlara sahib olmasına şərait yaradacaq: “Mütəxəssislər proqramların tədris planını, müəllim heyətinin hazırlığını, infrastruktur və elmi fəaliyyətini hərtərəfli təhlil edəcəklər. Prosesin nəticələri universitetin keyfiyyət təminatı sistemini gücləndirəcək. Bu həm də xarici universitetlərlə əməkdaşlığın genişlənməsinə və tələbə-müəllim mübadiləsinin daha da intensivləşməsinə yol açacaq”. 

Beynəlxalq akkreditasiyanın ali məktəbin strateji inkişaf planında xüsusi yer tutduğunu qeyd edən rektorun sözlərinə görə, proqramların uğurla qiymətləndirilməsi MDU-nun beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirəcək: “Bizim əsas məqsədimiz tələbələrə ən müasir bilik və bacarıqları təqdim etmək, onların həm ölkə daxilində, həm də beynəlxalq əmək bazarında rəqabətqabiliyyətini təmin etməkdir. Bu proses həm universitetin nüfuzunu artıracaq, həm də regionun inkişafına öz töhfəsini verəcək”.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

17 sentyabr, 11:37

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.