Bütün xəbərlər
7 oktyabr, 21:57

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsinə start verilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, musiqi rəhbəri vəzifəsi üzrə işə qəbul olmaq istəyən müvafiq ixtisas üzrə orta və ya ali ixtisas təhsili namizədlər 7 oktyabr tarixindən 20 oktyabr 2025-ci il tarixinədək şəxsiyyət vəsiqəsinin, diplomun surətlərini ( namizəd şəhid ailəsi və müharibə iştirakçısının  ailə üzvüdürsə, hər iki katoqoriyanı təsdiq edən sənədlərin surətlərini) yaşadıqları ərazi üzrə təhsil şöbələrinə təqdim edərək qeydiyyatdan keçə bilərlər.

Müsabiqə 3 mərhələdən (qeydiyyat, müsahibə və vakant yer üzrə yerləşdirmə mərhələsi) ibarətdir.

Müraciət edənlərin şəxsi məlumatlarının uyğunluğu yoxlandıqdan sonra namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

Müsahibə mərhələsində namizədlərə 15-20 dəqiqə vaxt ərzində ixtisas, uşaq psixologiyası və pedaqogika, həmçinin təhsil qanunvericiliyi üzrə açıq və praktik suallar veriləcək. Bundan əlavə, müsahibə zamanı namizədin musiqi alətində ifa etmək bacarığı da yoxlanılacaq.

Müsahibədən uğurla keçən namizədlər müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Vakant yer üzrə yerləşdirmə mərhələsində müsahibədə toplanılan bal ardıcıllığına uyğun olaraq vakant yerlər üzrə yerləşdirmə həyata keçiriləcək.

Məktəbəqədər təhsil müəssisələrinə  müsabiqə şərtləri ilə  bağlı məlumat  https://l24.im/h5IefMi linkində, vakant olan vəzifələrlə bağlı məlumat isə https://l24.im/Q3ijesU linkində yerləşdirilib.

Şərhlər

Xəbər lenti

7 oktyabr, 17:24

“Bu təqaüd mənim üçün böyük məsuliyyətdir” – Prezident təqaüdçülərinin təəssüratları

7 oktyabr, 17:19

LDU-da “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın növbəti infosessiyası keçirilib

7 oktyabr, 16:59

“Ali riyaziyyat üzrə yarış – 3”ün qalibləri mükafatlandırılıb

7 oktyabr, 16:35

“Gündəlik xərclərim və təhsil məsələlərimdə bu təqaüd mənə böyük dəstək olacaq” – Prezident təqaüdçüləri

7 oktyabr, 16:16

Riyaziyyat olimpiadasının 8-9-cu siniflər üzrə II mərhələsi keçiriləcək

7 oktyabr, 15:26

İlham Əliyev: Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq

7 oktyabr, 15:08

Nobel laureatlarının kəşfi elmi və klinik irəliləyişlərə təkan verəcək – Gənc tədqiqatçı

7 oktyabr, 14:48

ADPU-da “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

7 oktyabr, 14:47

Övladınız dərs oxumursa, bunları edin! – Psixoloqdan tövsiyə

7 oktyabr, 13:59

Fizika üzrə Nobel laureatlarının adları açıqlandı

7 oktyabr, 13:45

73 yaşlı tələbə III MDB Oyunlarının könüllüsü oldu 

7 oktyabr, 13:40

Ən çox kredit alanlar bu ixtisaslarda oxuyurlar – SİYAHI

7 oktyabr, 13:32

Təhsil tələbə krediti üçün ayrılan vəsaitin məbləği artıb

7 oktyabr, 13:30

Tələbələrin 470 min manatdan çox kredit borcu bağışlanıb

7 oktyabr, 13:28

24 ailədən üç nəfər təhsil tələbə krediti alıb

7 oktyabr, 13:26

Ən çox kredit alanlar bu universitetlərin tələbələridir – SİYAHI

7 oktyabr, 13:20

Mütəxəssis: Karyera planlamasında valideyn-dost məsləhətləri hər zaman uğurlu olmur – MÜSAHİBƏ

7 oktyabr, 13:12

Tələbələrə 60 milyon manatdan çox təhsil krediti verilib

7 oktyabr, 13:03

Nazir müşaviri: Son üç ildə elmi məqalələrimizin keyfiyyəti artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.