Bütün xəbərlər
7 oktyabr, 15:08

Oktyabrın 6-da İsveçdə “Nobel həftəsi” çərçivəsində 2025-ci ilin Nobel mükafatı laureatlarının elan olunması mərasimlərinə start verilib.

İlk olaraq fiziologiya və tibb sahəsində Nobel laureatlarının adları elan olunub. Yüksək elmi mükafata amerikalı alimlər Meri E. Brunkow və Fred Ramsdell, yaponiyalı Şimon Sakaquçi “periferik immun tolerantlıqla bağlı kəşflərinə görə” layiq görülüblər. Nobel Komitəsinin sədri Olle Kempe qeyd edib ki, “onların kəşfləri immunitet sisteminin necə işlədiyini və niyə hamımızda ciddi autoimmun xəstəliklərinin inkişaf etmədiyini başa düşməyimizdə həlledici rol oynayıb".

Azərbaycanda Nobel laureatlarının inqilabi kəşfi necə qiymətləndirilir? “Azərbaycan müəllimi”nə müsahibəsində “2007-2015 Dövlət Proqramı” məzunu, Gənclər üçün Prezident mükafatçısı, genetik, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov elmi kəşfin tibb elmi üçün əhəmiyyətini yüksək qiymətləndirib. 

- Bu kəşflər bir çox sahədə böyük əhəmiyyət kəsb edir:

1. Autoimmun xəstəliklərin müalicəsi - Autoimmun xəstəliyin səbəbi immun sistemin öz toxumalara qarşı anormal reaksiyasının nəticəsidir. Tənzimləyici T-hüceyrə (TTH) və FOXP3 mexanizminin anlaşılması bu prosesin kökündə duran prinsipləri işıqlandırdı. Beləliklə, bu sahədə hədəf terapiyaların inkişaf etdirilməsinə zəmin hazırlandı.

2. Transplantologiya - Orqan transplantasiyasında sistemik immun supressiya ilə yanaşı, xüsusi tənzimləmə strategiyaları (məsələn, TTH-i hədəf alan metodlar) daha dəqiq, daha təhlükəsiz immunomodulyasiya strategiyalarını formalaşdırır. 

3. Xərçəng immunoterapiyası - TTH bəzən xərçəng toxumalarında “immun sistemin susdurucuları” kimi istifadə olunur — yəni xərçəng hüceyrələri TTH-ləri cəlb edərək immun yoxlamadan “qaça bilir”. TTH-in modulyasiyası (onları lokal səviyyədə inhibə etmək) xərçəng immunoterapiyalarında istifadə oluna bilər.

4. İmmun idarəetmə strategiyaları - Xəstəliklərin qarşısının alınması və immun terapiyaların individualizasiyası üçün, məsələn, allergik xəstəliklər, revmatolojik və xroniki iltihabi xəstəliklər və s. yeni yanaşmalar mümkün ola bilər.

5. Biomarkerlərin inkişafı - FOXP3 və digər requlyator (tənzimləyici) genlər, TTH nümunələri klinikada biomarker kimi istifadə oluna bilər ki, xəstəliyin proqnozu, müalicəyə cavabın proqnozu və xəstənin vəziyyəti qiymətləndirilsin.

Müsahibimiz qeyd edir ki, alimlərin axtarışlarının nəticələri gələcək elmi və klinik inkişaf istiqamətlərdə mühüm perspektivlər açır:

1. TTH müalicəsi, məsələn, xəstənin öz T hüceyrələrindən TTH-ləri izolyasiya edib sayını artırmaq, funksional gücləndirmək və yenidən bədənə vermək, artıq sınaq mərhələsində olan konsepsiyalardır. Bu, autoimmun xəstəliklərdə və transplantasiyada immunosupressiyanı azaltmaq üçün potensial metod ola bilər.

2. Kiçik molekulyar və biologik regulyatorlar (tənzimləyicilər) - FOXP3 fəaliyyətini tənzimləyən molekulyar siqnallar, modulyatorlar, sitokinlər (məsələn, aşağı dozada IL 2 terapiyası kimi) TTH funksiyasını seçici şəkildə gücləndirə bilər. Bu sahə artıq sürətlə inkişaf edir.

3. Hədəfli modulyasiya - Xərçəng mikro-mühitində TTH funksiyasını inhibə edən lokal vasitələr (məsələn, immun yoxlamanın bloklanması, sitokin manipulyasiyaları və ya seçici RNT metodları) xərçəng müalicələrində əlavə silah kimi istifadə oluna bilər.

4. Kombinasiyalı müalicələr- TTH modulyasiyası artıq mövcud immunoterapiya metodları ilə (məsələn checkpoint inhibitorları) sinergetik şəkildə işləyə bilər. Bu kombinasiya yanaşmaları daha da tədqiq edilməlidir.

5. İndividual yanaşma və risk profili - Hər bir xəstənin immunoloji profili daha dərindən anlaşılarsa, TTH də dəyişikliklərə meyllilik, FOXP3 variantları və onların funksional vəziyyəti nəzərə alınaraq “immun balans” strategiyaları fərdiləşdirilə bilər.

6. Yeni genetik və epigenetik tədqiqatlar: FOXP3 lə əlaqəli əlavə genlər, epigenetik tənzimləyicilər və regulyator sistemlər araşdırılacaq. Bu, immun tarazlığın detal mexanizmlərini daha yaxşı başa düşməyə imkan verəcək.

7. Risklər və nəzarət problemləri: TTH stimulə edən müalicələrin immun supressiv riskləri (məsələn, infeksiya və tumor riskləri) və balanslaşdırma məsələləri yaxşı anlaşılmalıdır.

A.Şahverənov qeyd edir ki, “ümumiyyətlə, builki Nobel mükafatı immunologiyanın əsas prinsiplərindən birini molekulyar səviyyədə açdığı üçün, gələcəkdə hələ çoxsaylı elmi və klinik irəliləyişlərə təkan verəcək. Xüsusilə autoimmun xəstəliklər, transplantasiya və immunoterapiya sahələri üçün bu kəşflər strateji baza rolunu oynayacaq”.

Şərhlər

Xəbər lenti

7 oktyabr, 16:35

“Gündəlik xərclərim və təhsil məsələlərimdə bu təqaüd mənə böyük dəstək olacaq” – Prezident təqaüdçüləri

7 oktyabr, 16:16

Riyaziyyat olimpiadasının 8-9-cu siniflər üzrə II mərhələsi keçiriləcək

7 oktyabr, 15:26

İlham Əliyev: Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq

7 oktyabr, 14:48

ADPU-da “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

7 oktyabr, 14:47

Övladınız dərs oxumursa, bunları edin! – Psixoloqdan tövsiyə

7 oktyabr, 13:59

Fizika üzrə Nobel laureatlarının adları açıqlandı

7 oktyabr, 13:45

73 yaşlı tələbə III MDB Oyunlarının könüllüsü oldu 

7 oktyabr, 13:40

Ən çox kredit alanlar bu ixtisaslarda oxuyurlar – SİYAHI

7 oktyabr, 13:32

Təhsil tələbə krediti üçün ayrılan vəsaitin məbləği artıb

7 oktyabr, 13:30

Tələbələrin 470 min manatdan çox kredit borcu bağışlanıb

7 oktyabr, 13:28

24 ailədən üç nəfər təhsil tələbə krediti alıb

7 oktyabr, 13:26

Ən çox kredit alanlar bu universitetlərin tələbələridir – SİYAHI

7 oktyabr, 13:20

Mütəxəssis: Karyera planlamasında valideyn-dost məsləhətləri hər zaman uğurlu olmur – MÜSAHİBƏ

7 oktyabr, 13:12

Tələbələrə 60 milyon manatdan çox təhsil krediti verilib

7 oktyabr, 13:03

Nazir müşaviri: Son üç ildə elmi məqalələrimizin keyfiyyəti artıb

7 oktyabr, 12:34

NDU-da startapçı tələbələrlə görüş keçirilib

7 oktyabr, 12:25

Rəqəmsallaşma saxta diplomlarla bağlı yeni reallığı üzə çıxarıb – TKTA sədri

7 oktyabr, 12:20

Şəhid anası müəllim: Oğlum xidmət etdiyi hərbi hissədə 2 ali təhsilli əsgərdən biri olub

7 oktyabr, 11:52

Sertifikatlaşmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.