Bütün xəbərlər
7 oktyabr, 12:34

Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev “İnnostart” layihəsində uğur qazanan startapçı gənclərlə görüşüb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, rektor gəncləri təbrik edərək onların nailiyyətlərinin universitetin innovasiya sahəsində artan rolunu göstərdiyini vurğulayıb. 

Elbrus İsayev “I Startap müsabiqəsi”, ASAN Xidmət “Ekoloji Hakaton”, “Robotex International”, “Enactus” Milli Çempionatı, “StartupFest” Naxçıvan, “AgroChat” startapı “INMerge Innovation Summit” və digər bir çox layihələrdə, proqramlarda iştirak, ardıcıl qazanılan nailiyyətləri xatırladaraq regional ekosistemdə NDU-nun rolunu daha da gücləndiyini bildirib.

Rektor qeyd edib ki, Naxçıvan Dövlət Universitetində yeni yaradılan Naxçıvan İnnovasiya Mərkəzi təhsilalanların yenilikçi ideyalarının reallaşmasında və müasir texnologiyaların tətbiqində mühüm əhəmiyyət daşıyır. Universitetin innovativ təşəbbüslərin dəstəklənməsi və gənclərin yaradıcılıq potensialının inkişafı istiqamətində bundan sonra da fəaliyyətlərin olacağını bildirib.

Görüşdə “İnnostart” layihəsinin nəticələri də diqqətə çatdırılıb. Vurğulanıb ki, “SUP VC” MMC tərəfindən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə həyata keçirdiyi “İnnostart” layihəsi çərçivəsində unniversitetin “Specdeaf“ və “İmYen“ komandaları qalib gələrək hər biri 12 500 manat investisiya mükafatı qazanıb. Qaliblər Türkiyənin Bilişim Vadisində inkubasiya proqramında iştirak ediblər, eləcə də NDU tərəfindən həyata keçirilən layihə çərçivəsində universitetdə bir neçə hakaton təşkil olunub, qaliblərə investisiya və təlim imkanları yaradılıb.  

Sonda startapçı tələbələrin fikirləri dinlənilib. Tələbələr yaradılan imkanlara görə minnətdarlıqlarını bildiriblər.

1 /6

Şərhlər

Xəbər lenti

7 oktyabr, 13:59

Fizika üzrə Nobel laureatlarının adları açıqlandı

7 oktyabr, 13:45

73 yaşlı tələbə III MDB Oyunlarının könüllüsü oldu 

7 oktyabr, 13:40

Ən çox kredit alanlar bu ixtisaslarda oxuyurlar – SİYAHI

7 oktyabr, 13:32

Təhsil tələbə krediti üçün ayrılan vəsaitin məbləği artıb

7 oktyabr, 13:30

Tələbələrin 470 min manatdan çox kredit borcu bağışlanıb

7 oktyabr, 13:28

1077 ailənin iki, 24 ailənin isə üç üzvü təhsil krediti ilə oxuyur

7 oktyabr, 13:26

Ən çox kredit alanlar bu universitetlərin tələbələridir – SİYAHI

7 oktyabr, 13:20

Mütəxəssis: Karyera planlamasında valideyn-dost məsləhətləri hər zaman uğurlu olmur – MÜSAHİBƏ

7 oktyabr, 13:12

Tələbələrə 60 milyon manatdan çox təhsil krediti verilib

7 oktyabr, 13:03

Nazir müşaviri: Son üç ildə elmi məqalələrimizin keyfiyyəti artıb

7 oktyabr, 12:25

Rəqəmsallaşma saxta diplomlarla bağlı yeni reallığı üzə çıxarıb – TKTA sədri

7 oktyabr, 12:20

Şəhid anası müəllim: Oğlum xidmət etdiyi hərbi hissədə 2 ali təhsilli əsgərdən biri olub

7 oktyabr, 11:52

Sertifikatlaşmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

7 oktyabr, 11:46

“Hələ tam dərk etmirəm” – Nobel laureatı xəbəri necə aldı?

7 oktyabr, 11:19

Tural Əhmədov: Azərbaycanın bütün universitetlərinin diplomu xaricdə tanınır

7 oktyabr, 10:58

AzMİU və Fırat Universiteti arasında tətbiqyönlü elmi əməkdaşlığa start verilib

7 oktyabr, 10:46

Distant təhsil alanların diplomları niyə tanınmır?

7 oktyabr, 10:32

Biləsuvar rayonunda veloyürüş keçirilib

7 oktyabr, 10:15

AzMİU və “Holberton School” arasında əməkdaşlıq genişlənir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.