
Biləsuvarda yeniyetmə və gənclər arasında veloyürüş baş tutub.
"Azərbaycan müəllimi" xəbər verir ki, veloyürüş Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı, Biləsuvar Rayon İcra Hakimiyyətinin, Biləsuvar Rayon Polis Şöbəsinin və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının dəstəyi ilə baş tutub.
Veloyürüşdə rayonun Bağbanlar kənd tam orta məktəbinin şagirdləri, eyni zamanda yeniyetmə və gənclər iştirak ediblər.
Rayonun Aranlı kəndinin girişindən Bağbanlar kənd tam orta məktəbin qarşısınadək davam edən veloyürüşdə 40-dan çox yeniyetmə və gənc iştirak edib.
Mükafatlandırma mərasimində qeyd edilib ki, veloyürüşün əsas məqsədi Vətən müharibəsində qazanılmış zəfərin 5-ci ildönümünün qeyd olunması, gənclərə vətənpərvərlik hisslərinin aşılanması və eyni zamanda velosiped idman növünün təbliğidir.
Sonda veloyürüş iştirakçılarına sertifikatlar təqdim olunub.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər