Bütün xəbərlər
6 oktyabr, 17:34

Abşeron rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq–Gənclər İdman–Şahmat Məktəbinin yetirməsi Rəvan Həsənzadə Gəncə şəhərində keçirilən MDB Oyunlarında yüksək nəticə göstərərək qızıl medal qazanıb.

“Azərbaycan müəllimi” qalib idmançı ilə tanış olaraq onun təəssüratlarını öyrənib.

Rəvan Həsənzadə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yerləşən 217 nömrəli tam orta məktəbin məzunudur. Hazırda Azərbaycan İdman Akademiyasında sərbəst güləş üzrə “Məşqçilik” ixtisasının birinci kursunda təhsil alır. Rəvan 5 ilə yaxındır ki, Abşeron rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq–Gənclər İdman–Şahmat məktəbində məşqçi Mircəlal Həsənzadədən sərbəst güləş üzrə dərslər alır və xeyli uğurlara sahibdir:

“Mən artıq 8 ilə yaxındır ki, sərbəst güləşlə məşğulam. Bu zamana qədər dəfələrlə Azərbaycan çempionu olmuşam, keçən il sərbəst güləş üzrə dünya üçüncüsü olmuşdum. Bu il yenidən Azərbaycan çempionu olmuşam”. 

MDB Oyunlarında yüksək nəticə göstərərək qızıl medal qazanan Rəvan bu haqda belə deyir: 

“Biz bu yarışa yaxşı hazırlaşmışdıq və nəticəmiz əla oldu. Sonuncu yarışda Özbəkistan, Rusiya, Belarus idmançılarına qalib gələrək çempion oldum və qızıl medala layiq görüldüm. Çox sevincliyəm! Amma qarşıdan gələn yarışlara əzmlə hazırlaşıb daha gözəl nəticələr əldə etmək istəyirəm, hazırda məqsədim yalnız budur”.

1 /3

Şərhlər

Xəbər lenti

6 oktyabr, 18:03

Təhsil krediti alanların 35 faizi onu geri ödəyə bilmir – Çıxış yolları müzakirə edildi

6 oktyabr, 17:47

Təhsil işçilərinə təltiflər təqdim edilib

6 oktyabr, 17:21

ADNSU-da Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda təlim keçirilib

6 oktyabr, 17:20

Müəllimlər üçün tibbi müayinələr təşkil olunub

6 oktyabr, 17:07

NDU-nun İnnovasiya Mərkəzində İstanbul Universitetinin dosenti təlim keçib

6 oktyabr, 16:57

İstedadlı şagird: Məktəbi bir il tez bitirəcəyim üçün qürur duyuram

6 oktyabr, 16:57

Daha 9 nəfərin saxta yolla şəhadətnamə aldığı aşkarlanıb

6 oktyabr, 16:52

Nazir müavini Firudin Qurbanov Qubada təhsil müəssisələrində olub

6 oktyabr, 16:26

Bu ilin sonunadək 3,5 milyon manat təhsil krediti geri ödəniləcək

6 oktyabr, 16:18

Bankı deyil, məktəbi seçdi 

6 oktyabr, 16:14

BMU-İNHA İDP tələbələrinin layihəsi II yerə layiq görülüb

6 oktyabr, 16:02

Britaniyada hər 10 məktəbdən 6-sı kiberhücuma məruz qalır

6 oktyabr, 15:56

"Bir Müəllimin Manifesti” ixtisasartırma proqramının açılışı keçirilib

6 oktyabr, 15:51

İdman Akademiyasının tələbəsi III MDB Oyunlarında hakim kimi iştirak edir

6 oktyabr, 15:32

Bəzi məktəblərdə I və IV siniflər birləşdirilir: Bəs onlara necə dərs keçirilir?

6 oktyabr, 15:28

Azərbaycan millisinin ilk qızıl medalını Masallı boksçusu qazandı

6 oktyabr, 15:14

İndoneziyada məktəbin çökməsi nəticəsində ölənlərin sayı artır

6 oktyabr, 14:37

Biologiya üzrə beynəlxalq olimpiadaya seçmə imtahanı keçirilib

6 oktyabr, 14:26

Əməkdaşlıq müəllimlər üçün nə deməkdir?

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.