
Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Masallı Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Orxan Cəbiyevin yetirməsi olan Qardaş Rəhimov III MDB Oyunlarında qızıl medal qazanıb.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, 46 kiloqram çəki dərəcəsində çıxış edən idmançı final mərhələsinə gedən yolda Belarus və Tacikistan təmsilçilərinə qalib gəlib. Həlledici görüşdə o, özbəkistanlı Utkirbek Norkosimovu məğlub edərək yarışın çempionu adına layiq görülüb.
Bu, boks üzrə oğlanlardan ibarət Azərbaycan millisinin ilk qızıl medalıdır.
Masallı Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Orxan Cəbiyevin yetirməsi olan Qardaş Rəhimov Lənkəran rayon Liman şəhər 2 nömrəli tam orta məktəbin X sinif şagirdidir. O, 2018-ci ildən Masallı rayon Uşaq-Gənclər İdman Məktəbində boks idman növü ilə məşğul olur.
Qeyd edək ki, Gəncə Olimpiya İdman Kompleksində keçirilən lll MDB Oyunlarının güləş yarışlarında Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Cəlilabad rayon Uşaq–Gənclər İdman Məktəbinin sərbəst-güləş bölməsinin bir yetirməsi də bürünc medal qazanıb. Məşqçi-müəllim Ağamalıyev Röyalın tələbəsi olan Rzazadə Hüseyn 41 kq çəki dərəcəsində mübarizə aparıb.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər