
TƏBİB-in “Peşə günləri” layihəsi çərçivəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər üçün tibbi müayinələr təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, TƏBİB-in təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyilə baş tutan layihə çərçivəsində müəllimlər laborator və diaqnostik müayinələrdən keçib.
Nizami Tibb Mərkəzində baş tutan tibbi müayinələr zamanı ixtisaslı tibbi xidmətə ehtiyacı olan əməkdaşların müvafiq tibb müəssisələrinə göndərişi təmin olunub.
Qeyd edək ki, Beynəlxalq Müəllimlər Günü UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Bu gün həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında mühüm rol oynayan müəllim əməyinə dəyərin ifadəsi, gələcək nəsillərin formalaşdırılmasında müəllimlərin əvəzsiz xidmətlərinin vurğulanması məqsədi daşıyır.
Azərbaycan Respublikasında isə sözügedən gün 1993-cü ildən etibarən qeyd edilir. Hər il ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır.
Xatırladaq ki, “Peşə günləri” layihəsinin məqsədi peşə sahiblərinin sağlamlığının qorunması, əmək fəaliyyəti nəticəsində yaranan xəstəliklərin erkən aşkarlanmasıdır.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər