
5 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində biologiya fənni üzrə yuxarı yaş qrupu üçün beynəlxalq olimpiadalara hazırlıq dərslərinə seçmə imtahanı təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, imtahanda ötən tədris ilində Respublika fənn olimpiadasında biologiya fənni üzrə qalib olan və final mərhələsində iştirak edən şagirdlər, cari tədris ilində 9, 10 və 11-ci sinifdə təhsil alan şagirdlər iştirak ediblər.
Seçmə imtahanın məqsədi beynəlxalq olimpiadalara hazırlıq prosesinə fənn üzrə ən yüksək nəticə göstərən şagirdlərin cəlb edilməsidir.
Nəzərinizə çatdırırıq ki, imtahan nəticəsinə əsasən uğurlu nəticə əldə edən şagirdlərə beynəlxalq olimpiadaya hazırlıq proqramı çərçivəsində dərslərin keçirilməsi planlaşdırılır.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər