Bütün xəbərlər
6 oktyabr, 12:42

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən 2 oktyabr tarixində məktəbdaxili metodistlər, aparıcı və baş metodistlərlə onlayn görüş keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, ARTİ-nin Metodik Dəstək Mərkəzinin heyəti, baş metodistlər, aparıcı metodistlər və məktəbdaxili metodistlər olmaqla 350 nəfər iştirak edib.

Görüşdə metodik xidmətin fəaliyyətinin keyfiyyətinin artırılması və müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsi əsas müzakirə mövzusu olub. Görüş zamanı metodistlərin metodiki bacarıqları və peşəkar inkişafı istiqamətində metodik və pedaqoji yanaşmalar, təhsil prosesinin təşkili, metodik fəaliyyətinin idarə edilməsi, təşkilati, pedaqoji heyətin işinin təşkili, bacarıqların ölçülməsi, kvalifikasiyanın artırılması, mənimsəmənin qiymətləndirilməsi və şagird nəticələrinin yaxşılaşdırılması, eləcə də pedaqoji heyətin təlim ehtiyaclarının müəyyən edilməsi mövzusunda təşkil ediləcək silsilə vebinarlar haqqında məlumat verilib. Eyni zamanda görüşdə metodistlərə faəliyyət planı nümunəsi təqdim edilib, müəllimlərlə metodik işin qurulmasının mərhələləri izah olunub, müəllim inkişaf portalı haqqında məlumatlar verilib və müvafiq suallar cavablandırılıb.

Qeyd edək ki, metodistlərin peşəkar inkişafı istiqamətində təlim, seminar və görüşlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.

Şərhlər

Xəbər lenti

6 oktyabr, 15:14

İndoneziyada məktəbin çökməsi nəticəsində ölənlərin sayı artır

6 oktyabr, 14:37

Biologiya üzrə beynəlxalq olimpiadaya seçmə imtahanı keçirilib

6 oktyabr, 14:26

Əməkdaşlıq müəllimlər üçün nə deməkdir?

6 oktyabr, 13:53

Fiziologiya və tibb üzrə Nobel laureatlarının adları elan olundu

6 oktyabr, 13:38

Yaradıcı müəllim təqdimat müsabiqəsinə start verilib

6 oktyabr, 13:34

Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək

6 oktyabr, 13:30

Müəllimlər arasında “Fibonacci” intellektual yarışı keçirilib

6 oktyabr, 13:24

Naxçıvanda 9 məktəbin adı dəyişdirilib

6 oktyabr, 13:14

“Yüksəliş” qaliblərinin iştirakı ilə keçirilən Tələbə Mentorluq Proqramı yekunlaşıb

6 oktyabr, 12:48

Rəqəmsal nəsil: Azərbaycan məktəblərində süni intellekt

6 oktyabr, 12:44

Həyatın ən uca sözüdür “Müəllim” – Fotoreportaj

6 oktyabr, 12:35

İnklüziv və adaptiv təhsil ilə bağlı təlimlərə start verilib

6 oktyabr, 12:27

Son 2 ayda rekord sayda təhsil krediti müqaviləsi rəsmiləşdirilib – Bəhruz Əzimov

6 oktyabr, 11:15

ETİHİ qabaqcıl müəllimləri təbrik edib

6 oktyabr, 11:12

BMU Malayziya Elm və Texnologiya Universiteti ilə əməkdaşlıq edəcək

6 oktyabr, 10:56

Prezident təqaüdçüsü: Universiteti də əla qiymətlərlə bitirəcəyəm 

6 oktyabr, 10:47

Naxçıvanda bir qrup müəllim təltif edilib

6 oktyabr, 10:42

Məktəblilər arasında respublika çempionatı başlayıb

6 oktyabr, 10:30

Naxçıvan məktəblisi MDB Oyunlarının medalçısı olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.