
III MDB Oyunlarında Naxçıvan boks məktəbinin yetirməsi, boks millimizin üzvü Haqverdi Həsənov MDB Oyunlarının mükafatçısı olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarının boks yarışlarında millimizin heyətində çıxış edən Haqverdi Həsənov 63 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Xatırladaq ki, Haqverdi Həsənov Heydər Əliyev adına tam orta məktəbin X sinif şagirdidir.
Bu, Haqverdinin il ərzində qazandığı dördüncü nailiyyətdir. Belə ki, məşqçi Elnur Kərimlinin yetirməsi 2025-ci ildə Avropa üçüncüsü, ölkə birincisi və beynəlxalq turnir qalibi olub.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər