
“Son 2 ayda rekord sayda təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. 2 ay ərzində 8000 müraciət və müqavilə rəsmiləşdirilməsi həyata keçirilib”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov “Karyera imkanları və işəgötürənlərlə əməkdaşlıq" adlı tədbirdə deyib.
"2025-2026-cı tədris ilinin I semestri üçün müraciətlərin qəbuluna iyul ayından start vermişik. Kreditlərlə bağlı müraciətləri qəbul etməyə başlamışıq. Fevral ayının ortalarına qədər payız semestri davam edəcək. Həmin dövrədək rəsmiləşdirilən kredit müqavilələrinin sayının daha da artacağını gözləyirik".
B.Əzimov əlavə edib ki, 2021-ci ildən təhsil tələbə kreditinə görə müraciət edənlərin sayı getdikcə artır. O, hər tədris ilində bu dinamikanı hiss etdiklərini açıqlayıb.
Lakin Bəhruz Əzimov semestrlər arasında aparılan rəsmiləşdirmə sayında nisbi azalmanın olduğunu qeyd edib və bunu belə əlaqələndirib: "Təhlil onu göstərir ki, yeni qəbul olunmuş tələbələrin I semestrin sonunda akademik borcu yaranır. Bunun nəticəsində artıq burada bir balaca enmə hiss edirik. Ancaq növbəti tədris ilində yenidən 20 faiz həcmində artım müşahidə olunur".
Xatırladaq ki, kreditin 2 növü var. Sosial kredit 2, standart kredit 6 faizlə verilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər