Bütün xəbərlər
6 oktyabr, 13:38

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Yaradıcı müəllim: uğurlu layihə, davamlı nəticə” mövzusunda təqdimat müsabiqəsinə start verilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir. 

Müsabiqədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edə bilərlər.

İki mərhələdən (məktəb, şəhər) ibarət müsabiqədə iştirak etmək istəyən müəllimlər oktyabrın 25-nə kimi müraciət etdikləri mövzu ilə bağlı tezisi (2 səhifədən çox olmamaq şərtilə) yaradicimuellim@baku.edu.gov.az poçt ünvanına göndərməlidirlər. Tezisin əvvəlində müəllimin özü haqqında məlumatları (adı, soyadı, ata adı, təvəllüdü, işlədiyi məktəb, tədris etdiyi fənn, mövzusunun adı, əlaqə nömrəsi, e-poçt ünvanı) qeyd etməsi mütləqdir.

 Müsabiqənin şəhər (final) mərhələsində müəllimlər müraciət etdikləri mövzunu Münsiflər heyəti və dinləyicilərə 8 dəqiqəlik interaktiv çıxış formatında təqdim edəcəklər.

Təqdimatların qiymətləndirilməsi zamanı mövzunun aktuallığı, orijinallığı, nəzəri və praktik uyğunluğu, təqdimedilmə forması, istifadə olunmuş ədəbiyyat, nitq və fikri sərbəst ifadə etmək bacarığı, vaxtın düzgün idarəolunması, mövzunun müsabiqəyə uyğunluğu, nəticə və təkliflər, mövzuya uyğun müasir texnoloji vasitələrdən istifadə əsas meyarlar kimi götürüləcək. Hər bir meyar  5 balla qiymətləndiriləcək. 

Müsabiqənin nəticəsinə əsasən, 15 müəllim (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 6 nəfər isə həvəsləndirici yer) qalib olacaq. Müsabiqədə fərqlənən müəllimlər Təşəkkürnamə ilə təltif olunacaqlar.

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar

Şərhlər

Xəbər lenti

6 oktyabr, 15:14

İndoneziyada məktəbin çökməsi nəticəsində ölənlərin sayı artır

6 oktyabr, 14:37

Biologiya üzrə beynəlxalq olimpiadaya seçmə imtahanı keçirilib

6 oktyabr, 14:26

Əməkdaşlıq müəllimlər üçün nə deməkdir?

6 oktyabr, 13:53

Fiziologiya və tibb üzrə Nobel laureatlarının adları elan olundu

6 oktyabr, 13:34

Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək

6 oktyabr, 13:30

Müəllimlər arasında “Fibonacci” intellektual yarışı keçirilib

6 oktyabr, 13:24

Naxçıvanda 9 məktəbin adı dəyişdirilib

6 oktyabr, 13:14

“Yüksəliş” qaliblərinin iştirakı ilə keçirilən Tələbə Mentorluq Proqramı yekunlaşıb

6 oktyabr, 12:48

Rəqəmsal nəsil: Azərbaycan məktəblərində süni intellekt

6 oktyabr, 12:44

Həyatın ən uca sözüdür “Müəllim” – Fotoreportaj

6 oktyabr, 12:42

ARTİ tərəfindən metodistlərlə onlayn görüş keçirilib

6 oktyabr, 12:35

İnklüziv və adaptiv təhsil ilə bağlı təlimlərə start verilib

6 oktyabr, 12:27

Son 2 ayda rekord sayda təhsil krediti müqaviləsi rəsmiləşdirilib – Bəhruz Əzimov

6 oktyabr, 11:15

ETİHİ qabaqcıl müəllimləri təbrik edib

6 oktyabr, 11:12

BMU Malayziya Elm və Texnologiya Universiteti ilə əməkdaşlıq edəcək

6 oktyabr, 10:56

Prezident təqaüdçüsü: Universiteti də əla qiymətlərlə bitirəcəyəm 

6 oktyabr, 10:47

Naxçıvanda bir qrup müəllim təltif edilib

6 oktyabr, 10:42

Məktəblilər arasında respublika çempionatı başlayıb

6 oktyabr, 10:30

Naxçıvan məktəblisi MDB Oyunlarının medalçısı olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.