Bütün xəbərlər
6 oktyabr, 13:14

“Yüksəliş” müsabiqəsinin qaliblərinin iştirakı ilə həyata keçirilən sayca ikinci Tələbə Mentorluq Proqramı uğurla yekunlaşıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, proqram çərçivəsində 12 müxtəlif universitetdən seçilmiş 80 tələbə Mentorluq Proqramına cəlb olunub. Onlardan 54 nəfəri proqramı uğurla tamamlayaraq sertifikatla təltif edilib.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev Tələbə Mentorluq Proqramının gənclərin inkişafında oynadığı rolu yüksək qiymətləndirib, bu təşəbbüsün onların karyera yolunda mühüm dayaq olduğunu vurğulayıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə çıxışında Mentorluq Proqramında iştirak edən tələbələrin fəallığını və əldə olunan real nəticələri xüsusi qeyd edib. O, proqramın həm tələbələr, həm də qaliblər üçün qarşılıqlı öyrənmə və inkişaf imkanı yaratdığını bildirib.

Tədbirdə çıxış edən müsabiqə qalibləri, işçi qrupunun üzvləri və tələbələr Tələbə Mentorluq Proqramı çərçivəsində qazanılan qarşılıqlı təcrübələri bölüşərək bu proqramın gənclərin inkişafında mühüm rol oynadığını vurğulayıblar. Onlar tələbələrlə iş prosesində əldə olunan nəticələrin gələcək nəsillərin formalaşmasında töhfə verdiyini qeyd ediblər.

Bu mərhələdə mentorlar tərəfindən tələbələr üçün 20 təlim təşkil olunub, ümumilikdə 396 mentorluq görüşü baş tutub. Proqramda “Yüksəliş” müsabiqəsinin 1-ci, 2-ci və 3-cü müsabiqəsinin qalibləri daxil olmaqla, 28 nəfər mentor kimi iştirak edib və tələbələrə bilik, təcrübə və bacarıqlarını ötürüblər.

Tələbələrin bir qismi mentorların dəstəyi ilə işlə təmin olunub, bir çoxu isə təcrübə proqramlarına qoşularaq müxtəlif layihələrdə aktiv iştirak edib. Mentorlar və tələbələr arasında qurulan əməkdaşlıq onların şəxsi inkişafına, peşəkar bacarıqlarının formalaşmasına və gələcək karyera istiqamətlərinin müəyyənləşməsinə mühüm töhfə verib.

Qeyd edək ki, 2023-2024-cü illərdə birinci dəfə təşkil olunan Tələbə Mentorluq Proqramı uğurla həyata keçirilib.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar. Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb

1 /5

Şərhlər

Xəbər lenti

6 oktyabr, 15:14

İndoneziyada məktəbin çökməsi nəticəsində ölənlərin sayı artır

6 oktyabr, 14:37

Biologiya üzrə beynəlxalq olimpiadaya seçmə imtahanı keçirilib

6 oktyabr, 14:26

Əməkdaşlıq müəllimlər üçün nə deməkdir?

6 oktyabr, 13:53

Fiziologiya və tibb üzrə Nobel laureatlarının adları elan olundu

6 oktyabr, 13:38

Yaradıcı müəllim təqdimat müsabiqəsinə start verilib

6 oktyabr, 13:34

Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək

6 oktyabr, 13:30

Müəllimlər arasında “Fibonacci” intellektual yarışı keçirilib

6 oktyabr, 13:24

Naxçıvanda 9 məktəbin adı dəyişdirilib

6 oktyabr, 12:48

Rəqəmsal nəsil: Azərbaycan məktəblərində süni intellekt

6 oktyabr, 12:44

Həyatın ən uca sözüdür “Müəllim” – Fotoreportaj

6 oktyabr, 12:42

ARTİ tərəfindən metodistlərlə onlayn görüş keçirilib

6 oktyabr, 12:35

İnklüziv və adaptiv təhsil ilə bağlı təlimlərə start verilib

6 oktyabr, 12:27

Son 2 ayda rekord sayda təhsil krediti müqaviləsi rəsmiləşdirilib – Bəhruz Əzimov

6 oktyabr, 11:15

ETİHİ qabaqcıl müəllimləri təbrik edib

6 oktyabr, 11:12

BMU Malayziya Elm və Texnologiya Universiteti ilə əməkdaşlıq edəcək

6 oktyabr, 10:56

Prezident təqaüdçüsü: Universiteti də əla qiymətlərlə bitirəcəyəm 

6 oktyabr, 10:47

Naxçıvanda bir qrup müəllim təltif edilib

6 oktyabr, 10:42

Məktəblilər arasında respublika çempionatı başlayıb

6 oktyabr, 10:30

Naxçıvan məktəblisi MDB Oyunlarının medalçısı olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.